Neftin qiyməti yüksəlir

09:59 - 20.12.2018


20 dekabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,8 dollar və yaxud 1,02% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,20 dollar təşkil edir.

“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,57 dollar (3,37%) artaraq bir barelə 49,17 dollar təşkil etmişdir.  

“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində   “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,98 dollar (1,74%) artaraq bir barelə 57,24 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər