Azərbaycanda su layihələrinin reallaşdırılmasına daha 10,1 milyon manat ayrıldı

12:56 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərlərinin və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı.

Sərəncama əsasən, bunun üçün, 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” ASC-nə 10,1 milyon manat  ayrılacaq.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə edilib.

 

Bütün xəbərlər