Azərbaycan nefti ucuzlaşdı

10:23 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,59 dollar və yaxud 0,95% azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,52 dollar təşkil edir.

15 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  1,60 dollar (3,17%) yüksələrək bir barelə 52,11 dollar təşkil etmişdir.  

 “ICE” birjasında çərşənbə axşamı günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,65 dollar (2,8%) yüksələrək bir barelə 60,64 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 8,53 dollara bərabərdir.

 

Bütün xəbərlər