“Xəzər” avtomobil zavodu gələn aydan “Peugeot” markalı avtomobilləri satışa çıxaracaq

15:25 - 30.01.2019


30 yanvar, Fineko/abc.az.  “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı qeyd edib ki: Neftçala Sənaye Məhəlləsində yerləşən “Xəzər” avtomobil zavodunda fevral ayından etibarən ilk “Peugeot” markalı avtomobillər satışa çıxacaq”.

Onun sözlərinə görə, istehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb: “Həmçinin 2019-cu ilin sonlarından etibarən “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq”.

 

Bütün xəbərlər