Azərbaycan Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi üçün İrana kredit ayıra bilər

13:32 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat layihəsinin tərkib hissəsi olan "Rəşt-Astara" hissəsinin tikintisində iştirak etməkdə maraqlıdır.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, sahənin tikintisində əməkdaşlıq məsələsi, tezliklə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun İran tərəfinin dəvəti ilə İrana səfəri zamanı müzakirə olunacaq.

“Səfərin məqsədi Azərbaycanın İranın infrastruktur layihələrində iştirakının, xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsinin “Rəşt-Astara” dəmir yolunun tikintisinin müzakirəsidir”, - səfir belə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu layihədə maraqlıdır və səfər zamanı Azərbaycan tərəfinin tikintinin kreditləşdirilməsi məsələsi müzakirə olunacaq.

Kreditin məbləğini səfir açıqlamadı.

 

Bütün xəbərlər