Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-un 1 faizinə bərabərdir

17:12 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsi kəsirlə icra edilib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən,  dövlət büdcəsinin gəlirləri yanvar-oktyabr aylarında 13557,2 milyon manat, büdcə xərcləri  isə 14150,2 milyon manat təşkil etmişdir.

Komitənin məlumatında  bildirilir: “Büdcənin icrasında yaranmış 593,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1% səviyyəsində olmuşdur”.

 

 

Bütün xəbərlər