Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunda ilk sərnişin qatarını sınaqdan keçirir

11:39 - 27.03.2019


27 mart, Fineko/abc.az. Türkiyədən ilk sərnişin qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Gürcüstanın Axalkalaki şəhərinə çatıb.

Qatar, yolun Gürcüstan hissəsini test rejimində keçəcək.

2017-ci ilin oktyabr ayında açılmış, 826 kilometr uzunluğunda magistral xətti, Azərbaycanın, Gürcüstanın və Türkiyənin dəmir yolu şəbəkələrini birbaşa nəqliyyat sisteminə birləşdirir. Artıq bu il Azərbaycan, Gürcüstan vasitəsilə Bakıdan Türkiyənin Qars şəhərinə müntəzəm sərnişin daşımalarını həyata keçirməyi planlaşdırır. Dəmir yolu xətti ilə İsveçin "Stadler" şirkətinin qatarları hərəkət edəcək.

 

Bütün xəbərlər