Azərbaycan və Rusiya sabah sənaye əməkdaşlığı perspektivlərini müzakirə edəcəklər

15:32 - 3.04.2019


3 aprel, Fineko/abc.az. Sabah Bakıda Azərbaycan-Rusiya sənaye əməkdaşlığı forumu keçiriləcək.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, forum Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun Bakıya səfəri çərçivəsində keçiriləcək.

Forumda həmçinin nazir Şahin Mustafayev iştirak edəcək.

Forum çərçivəsində sənaye sahəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

 

Bütün xəbərlər