330x110
 

Pirşağıda yeni tullantı sutəmizləyici qurğusunun tikintisi davam etdirilir

27.11.2017,17:25


27 noyabr, Fineko/abc.az. Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir.

“Azərsu” su operatorunun məlumatında deyildiyi kimi, tikinti, Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi  “Pirşağı Tullantı  Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində həyata keçirilir.

Qeyd edilir ki, “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan  hökuməti maliyyələşdirir.

 

 

Açar sözlər: Sutəmizləyici