Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

12.04.2019,16:36


12 aprel, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da AAYDA-nın Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçiriləcək.

Qəbulda Cocuq Mərcanlı kəndinin, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.