Yanvar-fevral aylarında Azərbaycan ixracatı 4% azalıb

13:01 - 16.04.2019


16 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında hüquqi və fiziki şəxslər dünyanın 144 ölkəsi ilə xarici ticarət əməliyyatları həyata keçirmişlər, o cümlədən 86 ölkə ilə idxal,138 ölkə ilə isə ixrac həyata keçirilmişdir.

"Yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5121,2 milyon dollar təşkil edib, o cümlədən idxal 2955,4 milyon dollar, ixrac isə 2,165,8 milyon dollar təşkil edib. Nəticədə 789,6 milyon dollarlıq müsbət saldo yaranıb”, - deyə məlumatda bildirilir.

2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə faktiki qiymətlərlə xarici ticarət dövriyyəsi 13% artıb, o cümlədən idxal 49,1% artıb, ixrac isə 4% azalıb. Real ifadədə ticarət dövriyyəsi 6,1%, idxal 18,7%, ixrac isə 0,1% artıb.

İki ay ərzində 281,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.

 

Bütün xəbərlər