Taksidə siqaret çəkənlər cərimələnəcək

13:02 - 17.04.2019


17 aprel, Fineko/abc.az. Prezident İlham Əliyevin 2019-cu il aprelin 15-də imzaladığı Fərmanla “Yol Hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərdən sonra isə taksidə siqaretdən istifadə edənlərin cərimələnməsi və məsuliyyətə cəlb olunası məsələsi də öz əksini tapıb. Artıq dəyişiklik qüvvəyə minib və tətbiq olunmağa başlayır.

Qanun layihəsinə görə təhsil və tərbiyə, səhiyyə-reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoran, kafe və barlar daxil olmaqla ictimai-iaşə obyektləri və digər yerlərdə siqaret çəkmək qadağan edilib.

Həmin ərazilərdə açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilmir.

Taksidə siqaret çəkənlərin cərimələnməsi mexanizmi də təsdiq edilib. Yeni qanuna əsasən Daxili İşlər Nazirliyinin, yol-patrul xidmətinin əməkdaşları siqaret çəkənləri aşkarlayaraq cərimə edəcəklər.

Bütün xəbərlər