Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi azalıb

14:42 - 2.05.2019


2 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yanvar-mart aylarında 157,7 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz azalıb. Üç ayda sənaye məhsulunun 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Birinci rübdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 55 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi bu sektorda istehsal olunub.

Bütün xəbərlər