Bakı-Qəbələ sürət qatarı istifadəyə veriləcək

22.05.2019,11:54


22 may, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, gələn ilin ikinci yarısından Bakı-Qəbələ sürət qatarı istifadəyə veriləcək.

“Ləki stansiyasından başlayaraq 45 kilometrlik yolun yarısı artıq çəkilib,hesab edirəm ki, ilin sonuna torpaq yatağı işləri də tam başa çatdırılacaq. Sərnişinlər Qəbələyə 2,5-3 saata rahat və hər bir şəraiti olan vaqonlarla gedə biləcəklər”.- deyə C.Qurbanov qeyd edib.