Oktyabrın 1-dən əmək pensiyasının minimum məbləği 200 manata çatdırılır

14:08 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 % artırılaraq bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.

Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, bu il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci addımdır.

Bütün xəbərlər