Bu il Rusiyaya 261 mln. dollarlıq qeyri-neft ixrac edilib

16:32 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6  milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında dərc edilib.

Qeyd edilir ki, 2019-cu ilin ilk beş ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 %, Türkiyəyə 17,2 %,  Gürcüstana 16,7 % və İtaliyaya 2,3 dəfə artıb.

 

Bütün xəbərlər