Bu il vergi daxilolmalarında artım olub

12:15 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 %) ÜDM-in nominal artım tempini (2,8 %), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 %) sektorda ÜDM-in nominal artım tempini (7,7 %) üstələyib.

Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki,  aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin sayının artması, nağd hesablaşmalarda azalmanın olunması, əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda dövriyyələrin yüksək artımı, o cümlədən könüllü vergi ödəmələrinin yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edən amillərdir.

 

Bütün xəbərlər