2019-cu ilin 6 ayı ərzində DGK dövlət büdcəsinə 2 065 milyon manat köçürüb

12:32 - 8.07.2019


8 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2019-cu ilin iyun ayında dövlət büdcəsinə daxilolmalar 331 663,5 min manat təşkil edib.

DGK-nın məlumatında deyilir ki, 2019-cu ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinə 2 065 161 min manat məbləğində vergi və rüsum köçürülmüşdür.

Qeyd edilib ki, iyun ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 80 019,1 min manat, ƏDV üzrə daxilolmalar 227 727,6 min manat, aksizlər üzrə daxilolmalar 20 593,7 min manat və yol vergisi üzrə daxilolmalar 3 323,1 min manat təşkil edib.

2019-cu ilin birinci yarısında gömrük rüsumları üzrə köçürmələr 483 957,8 min manat, ƏDV üzrə yığımlar 1 424 239,4 min manat, aksizlər üzrə -136 798,5 min manat, yol vergisi üzrə köçürmələr 20 165,2 min manat təşkil edib.

2018-ci ilin 6 ayı ərzində DGK xətti ilə dövlət büdcəsinə vergi və rüsumların həcmi 1 618 997 min manat təşkil edib.

 

Bütün xəbərlər