“Azərsu” ASC Suraxanı rayonunda yeni magistral su xəttləri inşa edir

15:58 - 8.07.2019


8 iyul, Fineko/abc.az. “Azərsu” ASC layihə çərçivəsində Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin mərkəzi küçəsi boyu yeni magistral su xətti inşa edir.

Bu barədə “Azərsu” ASC məlumat verir.

Magistral kəmərin tikintisi başa çatdıqdan sonra Yeni Günəşli yaşayış massivində dayanıqlı su təchizatı təmin olunacaq.

Qeyd edək ki, 2019-cu ilin investisiya layihəsinə əsasən Suraxanı rayonunun 5 yaşayış məntəqəsində magistral  və paylayıcı su xətlərinin inşası həyata keçirilir.

Rayonun Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində mərhələli şəkildə həyata keçirilən layihələr çərçivəsində ümumilikdə 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq.

Bütün xəbərlər