330x110
 

Bakı-Böyük Kəsik sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

10.07.2019,12:51


10 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakıdan iyulun 15-dən, Qazaxdan isə iyulun 16-dan etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakıdan iyulun 15-dən, Böyük Kəsikdən isə iyulun 16-dan etibarən 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Qeyd edilir ki , qatar Bakıdan saat 23:00-da yola düşəcək, saat 06:30-da isə Bakıya çatacaq. Eyni zamanda, qatar Böyük Kəsiyə saat 08:50-də çatacaq, saat 20:20-də Böyük Kəsikdən yola düşəcək.