Son yeddi ayda dəmir yolu nəqliyyatı ilə 3 mln.tondan çox yük daşınıb

14.08.2019,12:44


14 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,  2019-cu ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 854 min 826 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 762 milyon 480 min dollar olub.

Qeyd olunur ki, yeddi ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 318 min 337 ton yükün dəyəri 441 milyon 259 min dollar təşkil edib.

Bildirilir ki, eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 536 min 488 ton, dəyəri isə 1 milyard 321 milyon 221 min dollar olub.