Xam neft məhsullarının ixracı ümumi ixracın 78 faizini təşkil edib

16:22 - 14.08.2019


14 avqust, Fineko/abc.az. 2019-cu ilin yeddi ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 77,78 %-ni, təbii qaz 10,29 %-ni, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,50 %-ni təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda deyilir.

Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,72 %, təbii qazın 6,98 %, neft məhsullarının payı 3,11 % olmuşdu.

 

Bütün xəbərlər