330x110
 

Bu il qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

02.09.2019,10:43


2 sentyabr, Fineko/abc.az. “İxrac İcmalı”nın avqust sayında yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

İlk onluqda  “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC,  "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "P-Aqro" MMC, " Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC şirkətləri təmsil olunur.