330x110
 

Neftin qiymətləri artır

09.09.2019,10:12


9 sentyabr, Fineko/abc.az. Neft bahalaşır, bazar Səudiyyə Ərəbistanının energetika nazirinin istefası ilə bağlı xəbəri qiymətləndirir.

Şahzadə Əbdüləziz bin Salman əl Səud energetika naziri Xalid əl-Falihi vəzifəsində əvəz edib. Abdel Əziz bin Salman Al Saud uzun müddət Səudiyyə Ərəbistanının OPEC-də nümayəndə heyətinin üzvü olub.

Sentyabrın 6-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,59 (0,97%) yüksələrək $61,54 təşkil etmişdir. Bazar ertəsi günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:20-də  $0,60 (0,97%) yüksələrək $62,14 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 6-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,22 (0,39%) artaraq $56,52 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti bazar ertəsi günü saat 9:20-də $0,65 (1,15%) artaraq $57,17/ barelə təşkil etmişdir.