Ərzaq qiymətləri nə qədər bahalaşıb?

16:57 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. Dünya Bankının (DB) Əmtəə Bazarları haqqında son məlumatlarına əsasən 2019-cu ilin I yarısında Əmtəə Qiymətləri İndeksi əmtəə qrupları üzrə müxtəlif istiqamətlərdə dəyişib.

Abc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmali yanvar- iyun ayları üzər açıqlanan hissəsində qeyd edilib.

İcmalda vurğulanır ki, enerji qiymətləri ilk 5 ayda 13%-ə qədər bahalaşsa da iyunda ucuzlaşaraq ilin əvvəlindəki səviyyəyə qayıdıb. I yarımillikdə qeyri-enerji əmtəə qiymətləri 2,6%, ərzaq qiymətləri 2,3%, qiymətli metal qiymətləri isə 7,6%-ə yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər