330x110
 

Azərbaycan və Moldova arasında ticarət dövriyyəsi 3,5 mln. dollar təşkil edib

19.09.2019,11:44


19 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyon dollar olub.

Bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,3 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 327 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

 

 

© Azertag.az