330x110
 

Bank BTB Rəqamsal Marketinq mütəxəssisi axtarır

23.09.2019,11:52


23 sentyabr, Fineko/abc.az. Bank BTB Marketinq departamentinin Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinə Rəqamsal Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. 

Namizədə tələblər:

  • Ali təhsil (biznes və marketinq istiqamətli);
  • Rəqəmsal marketinq üzrə 2 il və daha artıq iş təcrübəsi;
  • Sosial media, Google Ads, SEO üzrə biliklər
  • Yaradıcı və analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və yazı bacarığı;
  • Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
  • Qrafik dizayn proqramlarından (Photoshop və Coreldraw) istifadə etmək bacarığı arzu olunandır (üstünlük veriləcək);
  • MS Office proqramlarında işləmə bacarığı; 

İş barədə məlumat:

  • Bankın sosial şəbəkədəki səhifələrinin kontent planını hazırlaması və yerləşdirilməsi;
  • Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi (brend çərçivəsində);
  • Bankın rəqəmsal platformada fəaliyyətinin effektivliyinin təhlili və hesabatı;
  • Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətinin icrası;
  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə dəstək olmaq;
  • Korporativ saytın admin panelinin idarə olunması və ümumi nəzarətin təşkili; 
  • Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək;
  • Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq;
  • Səhifələri daima nəzarət altında saxlamaq;
  • Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Rəqamsal Marketinq mütəxəssisi  ) göstərməyiniz xahiş olunur.