Asiyanın 45 ölkəsində iqtisadi artım yüksələcək

12:08 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankının (AİB) iqtisadi məsələlər üzrə əsas nəşri olan “Asiya Regionunda İnkişaf Perspektivləri (AİP) haqqında 2019-cu il tarixli Hesabat”-da verilən məlumata əsasən, Asiyanın inkişaf edən ölkələrində iqtisadi artım davam etməkdədir. 

ABC.AZ xəbər verir ki, buna baxmayaraq ticarət və investisiya zəiflədikcə, regiondakı ölkələrin gələcək inkişaf perspektivləri daha da zəifləyib, üzləşdikləri risklər isə artmaqdadır. 

Hesabatda Asiya regionunun inkişaf edən 45 ölkəsində iqtisadi artımın cari ildə 5.4% səviyyəsində olacağı, 2020-ci ildə isə 5.5 faizədək yüksələcəyi proqnozlaşdırılır. Göstəriciləri yenicə azaldılmış bu proqnozlar beynəlxalq ticarət sahəsində perspektivlərin pisləşəcəyini əks etdirirlər ki, bunun səbəblərinə də, bir tərəfdən, Çin Xalq Respublikası (ÇXR) və Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı ticarət münasibətlərinin gərginləşməsini, digər tərəfdən isə Asiyanın həm inkişaf etmiş, həm iri ölkələrində, o cümlədən ÇXR-də, Hindistanda, Koreya Respublikasında və Tailandda iqtisadi artım templərinin zəifləməsini aid etmək olar. Honkonq (Çin), Koreya Respublikası, Sinqapur və Taipey (Çin) kimi sənayeləşdirilmiş ölkələr xaric, inkişaf edən Asiyada iqtisadiyyatın cari ildə və növbəti ildə 6.0% həcmində genişlənəcəyi proqnozlaşdırılır.  


Müəllif: Elmir Murad

Bütün xəbərlər