Sənaye məhəllələrində indiyədək 1,5 milyard manatlıq məhsul istehsal olunub - Nazir müavini

09:45 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. Azərbaycanda yaradılmış sənayə məhəllələrində indiyədək 1,5 milyard manatlıq məhsul istehsal olunub, onun 310 milyon manatlığı xaricə ixrac olunub.                          

ABC.AZ xəbər verir ki, bunu Alman-Azərbaycan Biznes Forumu 2019 Sənayenin və İnfrastrukturun Modernləşdirilməsi konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.  O, qeyd edib ki,  Azərbaycan və Almaniya turizm, komunikasiya, sənaye və digər sahələrdə birgə əməkdaşlıq etməyə hazırdır:" Biz həmişə Alman şirkətləri ilə müxtəlif sahələrdə əməkdaşlığa hazırıq. Bizim Almaniya ilə münasibətlərimiz yaxşıdı və yüksələn xətt üzrə də inkişaf edir".

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər