Hazırda aktual məsələlərdən biri Azərbaycanda aqro sənaye parkının yaradılmasıdır - Nazir müavini

12:05 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. Hazırda qarşımızdakı əsas məqsədlərdən biri yaradılmış sənaye məhlələrinin inkişaf etdirilməsidir.

ABC.AZ xəbər verir ki, bunu Almaniya - Azərbaycan biznes forumunda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, nazirlik hazırda sözügedən sənaye məhlələrinin oturuşduruıması, eyni zamanda yeni sənaye zonalarının yaradılması ilə də bağlı cənab prezidentin tapşırığına uyğun olaraq davamlı işlərin aparılması qarşımızda duran məqsədlərdəndir. Nazir müavinin sözlərinə görə, bununla əlaqədar aktual olan məsələlərdən biri Azərbaycanda aqro sənaye parkının yaradılmasıdır:" Bu zonanın yaradılması ilə əlaqədar çox ciddi dəyərləndirilmələr aparılır. Potensial iştirakçılarla görüşlər və müzakirələr həyata keçirilir. Eyni zamanda Çin Xalq Respublikasının şirkətləri tərəfindən də bu işə çox ciddi maraq var. Bununla əlaqədar həm Çinlə, həm də Azərbaycanda son zamanlar keçirilən görüşlərdə bu məsələlər müzakirə olunub".

 

 

 Müəllif:Elmir Murad

Bütün xəbərlər