BP-nin baş icraçı direktoru Robert Dadli öz postunu tərk edir

11:45 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az. BP şirkətinin baş icraçı direktoru Robert Dadli təqaüdə çıxır.

Xəbər verilir ki, R.Dadlini bu postda Bernard Luni əvəz edəcək.

“Şirkətdə 40 illik karyerası olan və 9 il BP-nin baş icraçı direktoru vəzifəsində çalışan 64 yaşlı R.Dadli qrup rəhbəri postundan və idarə heyətindən istefa vermək qərarına gəlib. O, gələn il fevralın 4-də şikətlə bağlı 2019-cu ilin nəticələrini elan etdikdən sonra martın 31-də təqaüdə çıxacaq. Hazırda şirkətin hasilat üzrə icraçı direktoru olan B.Luni isə fevralın 5-də idarə heyətinə daxil olacaq və BP şirkətinin baş icraçı direktoru vəzifəsini icra edəcək. O, həmin tarixə qədər hazırkı vəzifəsində qalacaq”, - deyə BP-nin məlumatında bildirilir.

 

© Azertag.az

Bütün xəbərlər