Min iki yüzə yaxın insan müqaviləsiz işlədilib - NƏTİCƏLƏR AÇIQLANDI

12:29 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı indiyədək 158 monitorinq həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bunu qurumun Mərkəzin müdir müavini Murad Fətullayev deyib.

 O, qeyd edib ki, monitorinqlər zamanı ümumilikdə 6120 nəfər yoxlanılıb:”Bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Monitorinq edilmiş işəgötürənlərin sayı 300 olub. Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,4 faiz təşkil edib''.

Qeyd edək ki, səyyar monitorinqlər artıq 2 ildir həyata keçirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər