330x110
 

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

15.10.2019,12:13


15 oktyabr, Fineko/abc.az.  Bakı Fond Birjasının məlumatına əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Qeyd olunur ki, İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, oktyabrın 11-də AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, həmin tarixdən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 892.91 AZN təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 %-lik faiz gəliri 892.91 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 892.91 AZN olması nəzərə alınmalıdır.