330x110
 

Cümə axşamı günü neftin qiymətləri enməkdədir, “Azeri Light” 0,10% bahalaşdı

17.10.2019,10:18


17 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,69 ABŞ dolları və yaxud 0,1% yüksələrək bir barelə 63,61 dollar təşkil edib.

Çərşənbə günü yüksəlişdən sonra cümə axşamı Asiya ticarətində neftin etalon  markalarının qiymətləri azalır.

Oktyabrın 16-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,68 (1,16%) artaraq, bağlanışda $59,42 təşkil etmişdir.

Saat 9:20-də Brent markalı neftin dekabr fyuçersi $0,47 (0,79%) azalaraq $58,95 təşkil edib.

NYMEX birjasında oktyabrın 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin noyabr fyuçersi $0,55 (1,04%) artaraq $53,36 təşkil etmişdir.

WTI markalı neftin noyabr fyuçersi  saat 9:20-də $0,53 (0,99%) enərək $52,83  təşkil etmişdir.

Həftənin əvvəlindən Brent təxminən 1,8%, WTI – 2,4% ucuzlaşıb.