Cari ildə Bakı–Tbilisi–Ceyhan boru kəməri 23 mln. tondan çox neft nəql edilib

12:49 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən veriləm məlumata görə, cari ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 29 milyon 381,8 min ton neft nəql olunub.

Qeyd olunur ki, nəqletmənin 80,5 %-i Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-sentyabr aylarında bu kəmərlə 23 milyon 648,2 min ton neft nəql edilib.

Hesabat dövründə BTC ilə 3 milyon 431,4 min ton tranzit nefti də ötürülüb.

 

Bütün xəbərlər