Pensiya yığımlarında varisliyin tətbiqi önəmlidir – İqtisadçı açıqlayır

14:39 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Minimum pensiya artıqdan sonra tələb edilən minimum pensiya kapitalında da artımlar var və buna baxılmasına, həmin minimumların da tənzimlənməsinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təşkilatın sosial istiqamətdə aparılmış islahatlarla bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edərkən deyib.

Onun sözlərinə görə, minimum pensiya məbləği artıqdan sonra dövlətin müəyyən hissəni öz hesabına kompensasiya etməsı məqsədə uyğundur: “O baxımdan biz təklif edirik ki, minimum pensiya kapitalı ilə bağlı rəqəmlərə baxılması və dəyişdirilməsi vacibdir ki, daha çox vətəndaşlarımız əmək pensiyasından istifadə edə bilsin.Nəzərə alsaq ki, orta yaş müddəti uzun deyil. Bəzi hallarda vətəndaşlarımız pensiyaya çıxmadan öncə dünyasını dəyişirlər. Bu da onlara o yığımlardan istifadə etməyə imkan vermir. Pensiya yığımlarında varisliyin tətbiqi də önəmlidir. Bəzi hallarda vətəndaşlarımız yığım edirlər, amma, pensiya yaşı tamam olmadan dünyalarını dəyişirlər. Həmin vətəndaşlarımızın yığımlarının onların varisləri tərəfindən istifadə edilməsinə imkan yaradılmalıdır”.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər