Gömrük Komitəsi də ləğv olunur? – AÇIQLAMA

14:25 - 4.12.2019


4 dekabr, Fineko/abc.az.  Bir müddət əvvəl bəzi qurumların ləğv olunması, Vergilər nazirliyi və Dövlət Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra ictimaiyyət arasında  Dövlət Gömrük Komitəsinin də bu acı taleyi yaşacağı barədə məlumatlar dolaşır. Hətta bu yaxınlarda medianı başına toplayaraq mətbuat konfransı keçirən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə rəhbərlik etdiyi qurumun ləvğ olunacağı barədə sual da ünvanlaınıb. O isə cavabında “hansısa komitənin ləğv olunması bizim səlahiyyətimizdə deyil” deyə məlumatı nə təkzib, nə də təsdiq etməyib.

Bəs görəsən adıçəkilən komitənin ləğv olunma ehtimalı nə qədərdir?

Bu sualla ekspert Əkrəm Həsənova müraciət etdik.

 Ə.Həsənov məsələ ilə bağlı ABC.AZ-a bildirdi ki, Azərbaycanda bütövlükdə gömrük qurumuna ehtiyac görmür. Ekspert fikrini belə əsaslandırdı ki, ümumiyyətlə fiskal, dövlət büdcəsi ilə bağlı olan orqanlar yəni həm vergi, həm də gömrük Maliyyə Nazirliyinə aid olur. Çünki Maliyyə nazirliyinin işi elə dövlət büdcəsinin idarə olunmasıdır: “Gömrük də, vergi də dövlət büdcəsinin daxil olan vəsaitləridir. Amma bizdə vergilər iqtisadiyyat nazirliyinə verildi. Gözlənilirdi ki, gömrükdə İqtisadiyyat Nazirliyinə veriləcək. Dövlət Əmlak Komitəsi də İqtisadiyyat nazirliyinə verildi. Komitənin işi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlıdır və dövlət əmlakının idarə edilməsindən gələn gəlir də ordadı, vergi də ordadır. Məntiqlə gömrük də İqtisadiyyat Nazirliyinə verilməliydi ki, bütün gəlirlər orda toplaşsın. Mənə elə gəlir ki, Gömrük Komitəsi daha çox obyektiv yox, subyektiv səbəblərdən İqtisadiyyat Nazirliyinə verilməli idi. Sadəcə Gömrük Komitəsinə yeni rəhbər təyin olunub və bir növ onu ruhdan salmamaq üçün vəzifəsində saxladılar. Amma əlbəttə ki, obyektiv olaraq Gömrüklə Vergi bir sistemdə olmalıdır. Və yəqin ki, dövlət orqanları strukturlarının optimallaşdırılması çərçivəsində gələcəkdə belə də olacaq”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər