Sumqayitda daha bir "ASAN xidmət" tikiləcək – Gələn il

16:35 - 5.12.2019


5 dekabr, Fineko/abc.az. Gələn il 3 "ASAN xidmət" mərkəzi daha açılacaq.

ABC.AZ xəbər verir ki, bunu prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

O, fikirlərini daha da konkretləşdirərək açılacaq mərkəzlərin ünvanlarını da vurğulayıb. C. Salmanov bildirib ki, gələn il Bakıda 2, regionlarda isə 1 "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq: “Bu mərkəzlər paytaxtın Nərimanov, Xətai rayonlarında olacaq. Regionlardan isə Balakən rayonunda mərkəzin açılması nəzərdə tutulub. Sumqayıt ölkəmizin böyük şəhərlərindən biridir və burada əhali sıxlığı üçün analoji olaraq xidmətlərə müraciət edənləri sayı çoxdur. Sumqayıtda yeni "ASAN xidmət" mərkəzinin açılması şəhərdə vətəndaşlara daha operativ xidmət göstərməyə şərait yaradacaq. Xidmət Mərkəzinin gələn il tikilməsinə başlanacaq və yəqin ki, 2021-ci ildə açılışı olacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər