Bakıda sənaye istehsalının həcmi açıqlanıb – 36 milyard manat olub

12:33 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, sənaye məhsulunun 80,5 faizi mədənçıxarma, 17,5 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1-nə 212,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,6 milyon manat məbləğində digər məhsullar da var.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər