330x110
 

Kirayəyə veriləcək mənzillərə bu ünvanlarda sahib olacaqsınız - SİYAHI

21.01.2020,11:02


21 Yanvar, Fineko/abc.az. Bildiyiniz kimi yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna sabahdan etibarən başlanılacaq.

ABC.AZ xəbər verir ki, ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb.

Məlum olub ki, öncəki mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.

Qeyd edək ki, müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi ” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

Müəllif: Elmir Murad