330x110
 

Ümumi daxili məhsul istehsalı da artıb – 81 milyard manatdan çox olub

22.01.2020,12:11


22 Yanvar, Fineko/abc.az. 2019-cu ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 81,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artıb.

Əlavə dəyərin 41,4 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM  8247,0  manata bərabər olub. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-dekabr aylarında 46,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib.

Müəllif: Elmir Murad