Azərbaycanda 1 milyon 644 min 300 nəfər muzdlu çalışan var - Statistika

16:00 - 22.01.2020


22 yanvar, Fineko/abc.az. 2020-ci il yanvarın 1-nə olan ilkin məlumata görə, Azərbaycanda muzdla işləyənlərin sayı açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il dekabrın 1-nə olan statistikaya əsasən muzdla işləyənlərin sayı 1 milyon 644 min 300 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914 min 900 nəfər, qeyri-dövlət sektorunda isə 729 min 400 nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min 100 nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 609 min 200 nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olublar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər