SOCAR Türkiyədə dəyəri yüksək olan elektrik stansiyası tikəcək – İzmirdə

16:13 - 22.01.2020


22 yanvar, Fineko/abc.az. SOCAR Türkiyəyə sərmayə qoymağa davam edir. Belə ki, SOCAR “Star” neft emalı zavodu üçün İzmirin Əliağa bölgəsində elektrik stansiyası tikəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin bir sıra media orqanlarında məlumat verilib. Sözügedən stansiyanın tikintisinə SOCAR 100 milyon türk lirəsi (16,8 milyon dollar) investisiya qoymağı planlaşıdırır. Əliağadakı Türkiyənin ilk Xüsusi Sənaye Zonasında qurulacaq stansiya “Star” və digər sənaye obyektlərinin elektrik enerjisi tələbatını qarşılayacaq. Stansiya 125,6 meqavat elektrik enerjisi və 169,6 meqavat istilik enerjisi istehsal edəcək.

Qeyd edək ki, stansiyanın inşasına iyun və ya iyul aylarında başlanacağı gözlənilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər