330x110
 

Kiçik şirkətlər mallarını iri marketlərdə satışa çıxara bilmir – Məsələyə KOBİA qarışdı

27.01.2020,15:25


27 yanvar, Fineko/abc.az. Azərbaycanda qida məhsullarının istehsalı ilə məşğul olan kiçik yerli şirkətlər mallarını iri market şəbəkələrində satışa çıxarmaqla bağlı çətinliklərlə üzləşirlər. Azərbaycanın dövlət qurumları kiçik istehsalçıların iri market şəbəkələrinə daxil olması ilə bağlı yaranmış problemə müdaxilə etməli olacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib.

O bunun obyektiv və subyektiv səbəbləri olduğunu deyib: “Obyektiv səbəblərə qablaşdırma, məhsulun davamlı çatdırılması hallar aiddir, amma bir sıra hallarda subyektiv səbəblər də önə çıxmaqdadır”.

O.Məmmədov bildirib ki, belə halların qarşısını almaq üçün tənzimləmə alətlərinin təkmilləşdirilməsinə, eləcə də ticarət mərkəzlərinə girişlə bağlı dövlət dəstək mexanizmlərinin tətbiqinə ehtiyac vardır və bu istiqamətdə agentlik tərəfindən təkliflər hazırlanır. “KOBİA bu məsələnin marketlərin və yerli istehsalçıların nümayəndələrinin görüşündə də müzakirəsini təklif edir. Bu artıq dövlət-sahibkar deyil, sahibkar-sahibkar problemidir. Yerli istehsalçılar öz aralarında razılığa gəlsin və agentlikdə market sahibləri ilə görüş təşkil edək”.

Müəllif: Elmir Murad