Bakıda əmək qabiliyyəti yaşında hər 1000 nəfərdən 614-nün pensiya qazanmaq şansı var - Ekspert

16:20 - 28.01.2020


28 yanvar, Fineko/abc.az.  Xəbər verdiyimiz iqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda qocalanda pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şansa malik insanların ərazilər üzrə statistikasını araşdırıb.

ABC.AZ xəbər verir ki, R. Ağayev  pensiya ilə bağlı maraqlı və faydalı ola biləcək  məlumatlar paylaşıb.

O qeyd edib ki, Azərbaycanda vəziyyət xeyli fərqlidir. R.Ağayev hazırkı statistikaya görə, ölkə üzrə rəsmi məşğul sayılan hər 1000 nəfərdən 300 nəfərinin muzdlu əmək sahibi kimi yaşa görə pensiyaya çıxmaq imkanının olduğunu vurğulayıb: “Amma bu rəqəm ölkənin bölgələri üzrə xeyli fərqlidir. Məsələn, Bakıda əmək qabiliyyətli yaşında hər 1000 nəfərdən 614, Cəlilabadda isə 137 nəfərinin muzdlu işçi kimi maaş və əmək stajı ilə pensiya qazanmaq şansı var. Bakıda maaş və əmək stajı ilə qocalıq pensiyası almaq şansı Cəlilabada nisbətən az qala 5 dəfə çoxdur. Bu fərq rəsmi əmək müqaviləsi ilə işləyənlərin ümumi məşğulluqda nisbətinə görə yaranır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər