Azərsu-nun sədri bölgələrdə vətəndaş qəbulu keçirib

14:14 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul edib.

ABC.AZ “Azərsu” ASC-nin məlumatına istinadən xəbər verir ki, qəbulda Ağcabədi və Laçın rayonlarından olan 53 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub.

 Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

Bütün xəbərlər