Rusiya Azərbaycanda nasos istehsal edəcək? – Müzakirələr olub

15:29 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. Rusiya şirkəti istehsal etdiyi nasoslarını Azərbaycanda sınaqdan keçirmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bununla bağlı  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  baş direktoru Kamran Nəbizadə Rusiyanın “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevlə işgüzar görüş keçirilib.

Görüş zamanı “Metalinvest – K” şirkətinin nümayəndələri  ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda  bu qurğuların  sınaq  təcrübələrini həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssiələrin qurulması da müzakirə olunub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər