Nazirlik yeni xidmətini istifadəyə verdi - Vətəndaşlar daha rahat müraciət edəcək

12:30 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi  internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti istifadəyə verilib.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, məqsəd vətəndaşlarla ünsiyyət  və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, operatv cavablandırılması mexanizminin tətbiqidir.

Xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər.

Qeyd edək ki, onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər