Rusiya Türkiyə pomidorundan imtina edir?

15:16 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Türkiyənin Rusiyaya pomidor satışında prrblem yaranıb.

ABC.AZ xəbər verir ki, artıq bir neçə gündür ki, Türkiyədən pomidor daşıyan yük avtomobilləri Rusiyaya buraxılmır.

Verilən məlumata görə, səbəb kimi kvotanın bitməsi göstərilir. Pomidorların şimal qonşumuza buraxılmaması nəticəsində Türkiyə ilə Rusiya-Ukrayna sərhədində TIR-lardan ibarət böyük tıxac yaranıb.

Rəsmi Ankara bildirib ki, Rusiyanın bu il pomidor alması üçün müraciət etdiyi 150 min ton kvota tamamlanıb. Türkiyə tərəfi əlavə 50 min ton artıq satmaq istəsə də, bu müraciət təsdiqlənməyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər