17:31 - 12.02.2020
12 fevral, Fineko/abc.az. Yunanıstan KİV-lərinə istinadla xəbər verilir ki, “Mouzenidis Group”a məxsus “Ellinair” hava yolları cari ilin yay aylarında Salonikidən Bakıya birbaşa aviareys açmaq niyyətindədir. Şirkət hazırda bununla bağlı danışıqlar aparır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, “Ellinair” aviaşirkəti bu il iyunun 15-i və sentyabrın 1-i tarixləri arasında çərşənbə axşamları “A319” tipli hava gəmisində Saloniki–Bakı–Saloniki (“Makedoniya” hava limanı) marşrutu üzrə 12 reys yerinə yetirməyi planlaşdırır.
Aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu göndərib. Sorğu Bakı aeroportu tərəfindən nəzərdən keçirilib və təsdiqlənib.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024